"Turan Tovuz"lu futbolçu Amerika Kubokunda Uruqvaya qarşı - VİDEO
"Turan Tovuz"un müdafiəçisi Roderik Millerin şərəfini qoruduğu Panama millisi Amerika Kubokunda ilk tur görüşünə çıxıb.
Mediasport.az xəbər verir ki, 32 yaşlı futbolçunun komandası yarışın favoritlərindən Uruqvayla qarşılaşıb.
Millerin 90 dəqiqə meydanda olduğu matç uruqvaylıların qələbəsilə yekunlaşıb - 3:1.
Panama seçməsi iyunun 28-də 2-ci tur çərçivəsində ev sahibi ABŞ yığması ilə üz-üzə gələcək.