Portuqaliya millisinin baş məşqçisi Neto: "Biz təxmin etməyi sevmirik"
"Biz topa sahib olanda və onu itirəndə nə edəcəyimizi bilməliyik. Azərbaycanın topa sahib olmasına imkan verməməliyik".
Mediasport.az xəbər verir ki, bunu Portuqaliyanın qadın futbolçulardan ibarət millisinin baş məşqçisi Fransisko Neto Avropa çempionatının seçmə mərhələsinin pley-offunun ilk oyunu haqda danışarkən söyləyib:
Çalışdırıcı qarşılaşmada güclü və aqressiv reaksiya göstərəcəklərini bildirib:
"Əgər Azərbaycana topu saxlamağa icazə versəniz, cinahlardan hücum etməyə çalışaraq öz oyunlarını qurmağa başlayacaqlar. Azərbaycan top olanda çox mobil komandadır. Matça 4, yoxsa 5 müdafiəçi ilə çıxacağına hələ də şübhələrimiz var. Biz təxmin etməyi sevmirik, ona görə də diqqətimizi planımıza yönəltməliyik".
Azərbaycan - Portuqaliya oyunu bu gün "Liv Bona Dea Arena" stadionunda keçiriləcək və 16:00-da başlayacaq.