"Qarabağ"ın daha 4 potensial rəqibi müəyyənləşib - Çempionlar Liqası

"Qarabağ"ın daha 4 potensial rəqibi müəyyənləşib - Çempionlar Liqası

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ”ın 2024/2025-ci illər mövsümündə iştirak edəcəyi UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində daha 4 potensial rəqibi müəyyənləşib.

Mediasport.az saytı xəbər verir ki, Qurban Qurbanovun komandası “Dinamo” (Batumi, Gürcüstan), “Struqa” (Şimali Makedoniya), “Differdanj” (Lüksembuq) və “Deçiç”lə (Monteneqro) də qarşılaşa bilər.

Daha əvvəl Litvanın “Panevejis”, Qazaxıstanın “Ordabası”, İslandiyanın “Vikinqur”, San Marinonun “Virtus”, Belarusun “Dinamo” (Minsk), Sloveniyanın “Çelye”, Maltanın “Hamrun”, Şimali İrlandiyanın “Larne” və Andorranın “Santa Koloma” klublarının Ağdam təmsilçisinin mümkün rəqibləri sırasında yer alacaqları dəqiqləşmişdi.

Qeyd edək ki, yarışın 1-ci təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.