"Qarabağ"ın İsveç klubu ilə oyununun biletləri satışa çıxarılır

"Qarabağ"ın İsveç klubu ilə oyununun biletləri satışa çıxarılır

Oktyabrın 3-də UEFA Avropa Liqasının əsas mərhələsinin 2-ci turu çərçivəsində Bakıda keçiriləcək “Qarabağ” - “Malmö” (İsveç) oyununun biletləri satışa çıxarılır.

Mediasport.az xəbər verir ki, azarkeşləri biletləri saat 12:00-dan etibarən əldə edə bilərlər.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma üçün biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manatdır.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manat təşkil edir.

Biletlər iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış), Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.

Matç Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.