"Sabah" fürsəti Qəbələdə qaçırdı, "Sumqayıt" ikinci pilləyə qayıtdı
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 34-cü tura yekun vurulub.
Mediasport.az xəbər verir ki, son oyun günündə iki matç keçirilib.
Medallara oynayan "Sabah" liqadan düşən "Qəbələ"yə səfərdə gözlənilmədən uduzaraq 2-ci yerə qalxmaq şansını qaçırıb.
Fürsətdən maksimum yararlanan digər ikincilik yarışçısı "Sumqayıt" iddiası qalmayan "Səbail"i evdə məğlub edərək yenidən zirvəyə qayıdıb.
Turun əvvəlki qarşılaşmalarında "Neftçi" "Kəpəz"i (5:1), "Turan Tovuz" "Araz-Naxçıvan"ı (1:0), "Qarabağ" isə "Zirə"ni (1:0) məğlub edib.
Azərbaycan Premyer Liqası. 34-cü tur
“Qəbələ” - “Sabah” 2:0
Qollar: Əyyub Allaş, 33, Klesio Bauk, 45+1.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu, 17:00
“Sumqayıt” - “Səbail” 2:1
Qollar: Kazimir Ninqa, 41-pen., 45 - Aleksandr Ramalinqom, 90+3.
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Şirmamed Mamedov, Kamal Umudlu
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Məmmədov
M.Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30
|