"Daha güclü qayıdacağıq"
Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlı yeni klubu "Yurqorden"də debütü haqda paylaşım edib.
MediaSport.az xəbər verir ki, 17-ci tur çərçivəsində Allsvenskanın lideri "Elfsborq"a 0:4 hesablı məğlubiyyətdən sonra sosial şəbəkə hesabında paylaşım edən 21 yaşlı forvard dəstəyə görə azarkeşlərə təşəkkürünü çatdırıb.
"“Meydana girəndə azarkeşlərin dəstəyini gördüm, çox xoşbəxt oldum. Belə sevgi görəndə fanatlar üçün mübarizə aparmaq, əlimdən gələni etmək istəyirəm. Hər birinə təşəkkür edirəm. Daha güclü qayıdacağıq" - qeyd edən Musa ilk matçda 32 dəqiqə meydanda olub.