"Sabah"ın üzvü liqanı yarımçıq qoyub Azərbaycan klubuna keçdi
2021-2023-cü illərdə Azərbaycanda çıxış etmiş Ramon Maçado yenidən ölkəmizdə oynayacaq.
Mediasport.az xəbər verir ki, Malayziyada "Sabah"ın formasını geyinən braziliyalı forvard "Araz-Naxçıvan"la anlaşıb.
Maraqlıdır ki, "Neftçi" və "Qəbələ"nin sabiq üzvü klubunun heyətində bu ay oyunlara çıxıb.
O, Borne klubunun forması ilə 14 oyun keçirib, 10 qol vurub.
33 yaşlı hücumçunun bu gün Türkiyəyə yollanaraq orada təlim-məşq toplanışı keçən Naxçıvan təmsilçisi ilə rəsmi müqavilə bağlayacağı gözlənilir.
Xatırladaq ki, Malayziyada mövsüm başa çatmayıb.