"Qarabağ"ın oyununa baxmaq istəyənlər azı 48 manat ödəməlidir

"Qarabağ"ın oyununa baxmaq istəyənlər azı 48 manat ödəməlidir

Noyabrın 7-də UEFA Avropa Liqasının əsas mərhələsinin 4-cü turu çərçivəsində keçiriləcək "Bude-Qlimt" - "Qarabağ" oyununun biletləri satışa çıxarılır.

Mediasport.az xəbər verir ki, Norveçin "Aspmira" stadionunda baş tutacaq matçın biletlərinin qiyməti də açıqlanıb.

8200 nəfər azarkeş tutumuna malik arenada minimum bilet qiyməti 300 Norveç kronu (təxmini 48 manat) olacaq.

Biletlərin qiyməti 300-550 kron arası dəyişəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.

Xatırladaq ki, Azərbaycan çempionu o vaxtadək - oktyabrın 24-də Bakıda "Ayaks"ı qəbul edəcək.