"Qarabağ"ın ÇL-in I təsnifat mərhələsindəki rəqibi müəyyənləşdi

"Qarabağ"ın ÇL-in I təsnifat mərhələsindəki rəqibi müəyyənləşdi

Futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024-cü illər mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb.

MediaSport.az xəbər verir ki, ölkəmizi qitənin bir nömrəli klub yarışında təmsil edəcək “Qarabağ”ın ilk rəqibi müəyyənləşib.

Püşkatmada Qurban Qurbanovun komandası ən yüksək reytinqli ikinci klub kimi səpələnmişlər sırasında yer alıb. "Qarabağ" ilk mərhələdə Cəbüəllütariqin "Linkoln" klubu ilə qarşılaşacaq. İlk matç səfərdə oynanılacaq.

Çempionlar Liqasında I təsnifat mərhələsinin ilk oyunları iyulun 11-12-də, cavab görüşləri isə 18-19-da keçiriləcək.