Muradına çatan Xaçayev
Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində keçirilən “Araz Naxçıvan” – “Sumqayıt” qarşılaşması daha bir əlamətdar hadisə ilə yadda qalıb.
Mediasport.az xəbər verir ki, "kimyaçılar"ın futbolçusu Murad Xaçayev bütün turnirlər daxil olmaqla komandanın heyətində 100-cü oyununu keçirib.
Bu oyunların 87-si Premyer Liqa, 11-i Azərbaycan Kuboku, 2-si isə Avrokubok oyunlarına təsadüf edib. Xaçayev bu oyunlarda 6 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
3-cü turda "Sumqayıt"ın daha bir futbolçusu - Elvin Bədəlov da komandanın heyətində 100-cü matçını keçirmişdi.