“Qarabağ”ın qapıçısı Rusiya yığmasının düşərgəsinə qoşulub
Ötən ilin avqustunda “Qarabağ”a transfer olunmuş Andrey Lunyov Rusiya yığmasının düşərgəsinə qoşulub.
Mediasport.az xəbər verir ki, uzun fasilədən sonra milli komandaya dəvət alan 32 yaşlı qolkiper bu gündən məşqlərdə iştirak edəcək.
Baş məşqçi Valeri Karpin Lunyovun adını qaraşıdakı yoldaşlıq görüşləri üçün yekun heyətə daxil edib.
Təcrübəli əlcək sahibi Serbiya (21 mart) və Paraqvayla (25 mart) matçlarda məşqçilər korpusunun sərəncamında olacaq.