"Qarabağ"ın qapıçısı Avropa Liqasında ən yaxşılar arasında
Futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin ən yaxşı qapıçılarının adları açıqlanıb
Mediasport.az xəbər verir ki, siyahıda Azərbaycan çempionu “Qarabağ”ın qolkiperi Andrey Lunyov da yer alıb.
32 yaşlı təcrübəli rusiyalı seyvlərin sayına görə ilk “3-lük”də qərarlaşıb. Onun aktivində ümumilikdə 23 seyv var.
Ən güclü adını isə “Aris”in (Kipr) qapıçısı Vana qazanıb.
Qeyd edək ki, qrup mərhələsini ikinci pillədə başa vuraraq vtarixində ilk dəfə Avroliqanın pley-offuna çıxan Ağdam təmsilçisi bu raundda Portuqaliyanın "Braqa" klubu ilə qarşılaşacaq.
Görüşlər 2024-cü il fevralın fevralın 15-i və 22-də müvafiq olaraq, Portuqaliya və Azərbaycanda keçiriləcək.