"Neftçi"dən mövsümdə ilk qələbə, "Araz-Naxçıvan" 2-ciliyə yüksəldi
Azərbaycan Premyer Liqasında 10-cu turun görüşləri davam edir.
Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 2 qarşılaşma baş tutub.
"Araz-Naxçıvan" səfərdə "Şamaxı"ya qalib gələrək 2-ci pilləyə yüksəlib.
Mövsümdə qələbə qazanmayan "Neftçi" isə yeni baş məşqçi Samir Abasovun rəhbərliyi altında 3 xala sevinib.
Turun açılış oyununda son çempion "Qarabağ" "Kəpəz"i 5 cavabsız qolla məğlub edib.
Premyer Liqada 10-cu həftəyə sabah yekun vurulacaq.
Azərbaycan Premyer Liqası. 10-cu tur
"Şamaxı" - "Araz-Naxçıvan" 0:1
Qol: Felipe Santos, 73.
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Teymur Teymurov, Kamran Əliyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu.
“Şamaxı”: 1. Rikardo Fernandes 60. Səbayıl Bağırov 4. Adil Nağıyev (k) 10. Emin Zamanov 17. Rafael Məhərrəmli 5. Arsen Ağcabəyov 6. Rauf Rüstəmli 82. Rüfət Abbasov 11. Conatan Benteke 20. Leroy Mikels 7. Giorgi Kantariya.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov 62. Abdulla Seydəhmədov 80. Zahid Mərdanov 13. Ramin Əhmədov 22. Qurban Səfərov 24. Edqar Adilxanov 19. Fəxri Məmmədli.
Baş məşqçi: Ayxan Abbasov.
"Araz-Naxçıvan”: 12. Kristian Avram 3. Bəxtiyar Həsənalızadə 2. Slavik Alxasov 6. Vadim Abdullayev (k) 26. Ömər Buludov 16. Ramon Maçado 29. Vanderson Melo 23. Nuno Rodriqes 4. İqor Ribeyro 97. Felipe Santos 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 34. Urfan Abbasov 7. Ülvi İsgəndərov 22. Elçin Mustafayev 20. Turan Vəlizadə 88. Tuqay Əlizadə 11. Bayraməli Qurbanov 24. Mustafa Əhmədzadə 71. Sənan Ağalarov 21. Sezar Meza Kolli 17. İssuf Paro 14. Miço Kuzmanoviç.
Baş məşqçi: Elmar Baxşıyev.
"Neftçi" - "Səbail" 3:1
Qollar: Ramil Şeydayev, 45+3, Dembo Darbo, 58, 68 - Samir Abdullayev, 90+3.
Hakimlər: Rauf Cabarov, Eyyub İbrahimov, Rəhman İmami, Tural Qurbanov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
"Neftçi Arena".
"Neftçi": 93. Rza Cəfərov (k), 8. Emin Mahmudov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 14. Edvin Kuç, 6. Rafael Quzzo, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 22. Dembo Darbo, 20. Alfa Konte.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 7. Azər Əliyev, 90. Ramil Şeydayev, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 4. Mark Tamaş, 23. Robert Bauer, 11. Kilan Lebon, 88. Andrey Ştoqrin.
Baş məşqçi: Samir Abasov.
"Səbail": 1. Hüseynəli Quliyev, 74. Yusif Nəbiyev (k), 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 10. David Qomis, 44. Amir Bilali, 3. Dmitro Litvin, 7. Madi Queta, 5. Gitay Sofir, 21. Ayman Bouali.
Ehtiyat oyunçular: 12. Əlirza Müştəbazadə, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 77. Fərid Nəbiyev, 15. Vüsal Məsimov, 19. Samir Abdullayev, 17. Gülağa Əsədov, 16. Emin Rüstəmov, 14. Suleyman Alluş.
Baş məşqçi: Şahin Diniyev.