Mahir Emreli Yunanıstan klubu ilə cavab matçında da oynamayacaq

Mahir Emreli Yunanıstan klubu ilə cavab matçında da oynamayacaq

Azərbaycan milli komandasının futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” klubunda növbəti oyunu da buraxacaq.

Mediasport.az xəbər verir ki, zədədən yeni qayıdan 27 yaşlı vinger Avropa Konfrans Liqasının 1/8 finalının cavab görüşü çərçivəsində Yunanıstanda PAOK-la baş tutacaq matçı da kənardan izləyəcək.

Mahirin adı sabah keçiriləcək duelin iştirak ərizəsinə salınmayıb.

Qarşılaşma Bakı vaxtilə saat 21:45-də başlanacaq. Zaqreb təmsilçisi ötən həftə doğma meydanda 2:0 hesablı qələbə qazanıb.

Emreli məşqlərə yeni başlayıb, onun 1 aya tam hazır olacağı gözlənilir.