"Avropa çempionatına vəsiqə qazanmaq bizim üçün çətin olacaq"

"Avropa çempionatına vəsiqə qazanmaq bizim üçün çətin olacaq"

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Biazi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 9-da Bakıda Belçika yığmasına qarşı keçiriləcək oyun haqda danışıb.

Mediasport.az xəbər verir ki, italiyan mütəxəssis görüşdən gözləntiləri barədə bunları deyib:

“Belçikaya qarşı matç asan olmayacaq. Rəqibin heyətində ulduzlar var və komanda FİFA reytinqində yüksək yer tutur. Çox güclü klublarda oynayan futbolçuları var. Azərbaycan millisinin əksər oyunçuları isə öz çempionatında çıxış edir. Amma biz öz oyunumuza sadiq qalacağıq və bu matçda məqsədimizə çatmaq üçün hər şeyi edəcəyik. Belçikaya təslim olmaq fikrində deyilik. Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə qazanmaq bizim üçün çətin olacaq. Azərbaycan millisinin səviyyəsi o qədər də yüksək olmasa da, ildən-ilə yüksəlir. Yaxşı oyunçularımız var. Əsas problem kadrların zəif seçilməsindədir".

Qeyd edək ki, Azərbaycan - Belçika qarşılaşması Mərdəkandakı "Dalğa Arena"da keçiriləcək və saat 17:00-da başlanacaq.