"Qarabağ" 300-ə çatdı
Premyer Liqanın 20-ci turunda iki futbolçu “Qarabağ”da debüt edib.
mediasport.az xəbər verir ki, bununla da Ağdam klubunun heyətində Azərbaycan çempionatında oynamış futbolçuların sayı “300”ü keçib.
“Şamaxı” ilə ev görüşünədək (3:1) 299 oyunçu “Qarabağ”ın heyətində meydana çıxmışdı. “Azersun Arena”dakı qarşılaşmada debüt edən Adama Diakabi və Redon Cica bu rəqəmi 301-ə çatdırıb. Hər iki legioner eyni vaxtda əvəzetmədən oyuna daxil olub.
Ağdam təmsilçisi ölkə çempionatında formasını geyinənlərin sayında 300-ü keçən 4-cü komandadır. Bunadək yalnız “Neftçi”, “Kəpəz” və “Şamaxı”da bu rəqəm daha yüksəkdir.