"Qışdan sonra komanda daha yaxşı olacaq" - Elmar Baxşıyev
Premyer Liqanın XVIII turunun “Qəbələ” – “Turan Tovuz” oyunundan (0:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev görüş haqda təəssüratlarını paylaşıb.
mediasport.az xəbər verir ki, 42 yaşlı mütəxəssis oyunun çətin olacağını bildiklərini deyib.
- “İlin son oyunu idi. Bilirdik ki, ağır matç olacaq. “Turan Tovuz” əzmkar, yaxşı komandadır. Kubok görüşündən sonra tonus baxımından çətin olacağını bilirdik. Çox güc sərf etmişdik. Düşünülmüş hücumlarımız oldu. Sadəcə, tamamlamaqda çətinlik çəkdik. Mövsüm uzundur, futbolçulara da ruhdan düşməməyi tapşırdıq. İkinci yarıda komanda daha yaxşı olacaq. Futbolçularıma təşəkkür edirəm. Sonadək oyun nizam-intizamından qopmadılar. Hələ kubokda heç nəyə nail olmamışıq. “Qarabağ”ı keçmək böyük güc tələb edir”.