"Qarabağ"ın rəqibi səfərdə 3-cü Liqa klubunu məğlub etdi - VİDEO

 "Qarabağ"ın rəqibi səfərdə 3-cü Liqa klubunu məğlub etdi - VİDEO

UEFA Avropa Liqasının əsas mərhələsində "Qarabağ"ın rəqibi olacaq Rumıniyanın FKSB komandası növbəti matçını keçirib.

Mediasport.az xəbər verir ki, paytaxt klubu ölkə kubokunun qrup mərhələsinin 2-ci turu çərçivəsində "Aqrisola Borçea" ilə qarşılaşıb.

Yunanıstanlı Elias Xaralambusun baş məşqçisi olduğu komanda səfərdə 3-cü Liqa təmsilçisini ilk hissədə vurduğu qollarla məğlub edib - 2:1.

Xatırladaq ki, Azərbaycan çempionu rumınlarla 2025-ci il yanvarın 23-də Bakıda üz-üzə gələcək.