Arda Turanın baş məşqçisi olduğu komanda Superliqaya yüksəlib
2024/2025-ci illər mövsümündə Türkiyə Superliqasında iştirak edəcək ilk 1-ci Liqa klubu məlum olub.
Mediasport.az xəbər verir ki, Arda Turanın baş məşqçisi olduğu "Eyüpspor” bu hüququ vaxtından əvvəl əldə edib.
Komanda vəzifənin öhdəsindən cari mövsümün başa çatmasına 5 tur qalmış gəlib.
Eyüp təmsilçisi mövsümü ən pis halda ikinci pillədə başa vuracaq.
29-cu turda “Altay”ı məğlub edən (4:1) Ardanın kollektivi 67 xalla turnir cədvəlinin lideridir.
“Göztəpə” 56 xalla ikinci, “Sakaryaspor” 50 xalla üçüncüdür.