"Sumqayıt"ın daha bir futbolçusu millinin heyətindən çıxarılıb
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində daha bir dəyişiklik edilib.
Mediasport.az xəbər verir ki, "Sumqayıt"ın futbolçusu Aftandil Arıxovun yerinə “Neftçi” komandasından Eldar Babayev milliyə dəvət olunub.
Aprelin 28-də Dalğa Təlim-Məşq Mərkəzində seleksiya xarakterli təlim-məşq toplanışına başlayıb.
Hazırlıq mayın 3-dək davam edəcək.
Qeyd edək ki, dünən "gənclik şəhəri" təmsilçisinin daha bir futbolçusu - Elnur Cabbarlı zədələndiyi üçün onun yerinə “Araz Naxçıvan”dan Adıgözəl Əkbərov milliyə çağırılıb.