UEFA Gənclər Liqası: "Bazel" "Sabah"ı 6 cavabsız qolla üstələdi

UEFA Gənclər Liqası: "Bazel" "Sabah"ı 6 cavabsız qolla üstələdi

Sabah"ın U-19 komandası UEFA Gənclər Liqasında ilk oyununu keçirib.

Mediasport.az xəbər verir ki, Adino Mustedanagiçin rəhbərlik etdiyi kollektiv İsveçrədə "Bazel"in qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab görüşü noyabrın 6-da Bakıda baş tutacaq.