Patrik Andradenin millisi pley-offa vəsiqə qazanıb! - Afrika Kuboku

Patrik Andradenin millisi pley-offa vəsiqə qazanıb! - Afrika Kuboku

Afrika Millətlər Kuboku turnirinin final mərhələsinin oyunları davam edir.

Mediasport.az xəbər verir ki, Kapo Verde Mozambiki (3:0), Seneqal Kamerunu (3:1), Qvineya - Qambiyanı (1:0) məğlub edib.

B qrupunun 6 xala sahib vahid lideri və "Qarabağ"ın futbolçusu Patrik Andradenin də çıxış etdiyi Kapo Verde növbəti mərhələyə vəsiqəni təmin edib. Misir 2 xalla ikinci pillədədir. Qana və Mozambik isə 1 xalla 3-4-cü pillələri bölüşdürürlər.

C qrupundan Seneqal maksimum nəticə ilə adını pley-offa yazdırıb. Hazırda Qvineya 4 xalla ikinci, Kamerun 1 xalla üçüncü, Qambiya isə 0 xalla sonuncudur.

Bu gün D qrupundan 2, E qrupundan 1 qarşılaşma baş tutacaq.

Afrika Millətlər Kuboku

D qrupu
 

18:00 Əlcəzair - Burkina Faso

21:00 Mavritaniya - Anqola

Xal durumu: Burkina Faso - 3, Əlcəzair - 1, Anqola - 1, Mavritaniya - 0

E qrupu

00:00 Tunis - Mali

Xal durumu: Mali - 3, Namibiya - 3, Tunis - 0, Cənubi Afrika - 0