"Hakimsiz futbol olmur..."

"Hakimsiz futbol olmur..."

İspaniya Kral Futbol Federasiyası (RFEF) La Liqada hakim qalmaqalları ilə bağlı açıqlama yayıb.

Mediasport.az xəbər verir ki, federasiya hakimlərə hörmət edilməli olduğunu bildirib:

"Qurum olaraq vəzifə öhdəliklərimizi yerinə yetirərkən narazılıqlar qarşısında hakimlərə dəstək, həmrəylik və güvən görmək istəyirik. Həmçinin, biz VAR otağında gedən danışıqların müxtəlif audio yazılarının oğurlanmasını və yayılmasını qətiyyətlə pisləyirik. Çünki bu, məlumatların qorunmasının açıq şəkildə pozulmasıdır. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verəcəyik. Hakimsiz futbol olmur, onlara hörmət etmək lazımdır".

Xatırladaq ki, son günlər futbol üzrə İspaniya çempionatının bir neçə matçının hakimləri arasında baş tutan danışıqlar ictimaiyyətə sızdırılıb.