UEFA Çempionlar Liqası və KL-də final matçlarının baş hakimləri açıqlandı

UEFA Çempionlar Liqası və KL-də final matçlarının baş hakimləri açıqlandı

Futbol üzrə UEFA Çempionlar Liqası və Avropa Konfrans Liqasının final görüşlərini idarə edəcək hakimlər məlum olub.

mediasport.az xəbər verir ki, iyunun 10-da İstanbulun Atatürk Olimpiya Stadionunda keçiriləcək “Mançester Siti” - “İnter” ÇL finalında baş hakim polşalı Şimon Marçinyak olacaq.

Ona yan xətt hakimi qismində Pavel Sokolniçki ilə Tomaş Listkeviç, 4-cü hakim kimi isə rumıniyalı İştvan Kovaç köməklik göstərəcək.

İyunun 7-də oynanılacaq Konfrans Liqasının finalını isə ispaniyalı Karlos del Gerro idarə edəcək. Çexiyanın paytaxtı Praqadakı Eden Arenada “Fiorentina” ilə “Vest Hem" arasında baş tutacaq dueldə yan xətt hakimləri Pau Sebrian Devis və Quadalupe Porras Ayuso, 4-cü hakimi ispan Xesus Gil Manzano olacaq.