"Qarabağ"lılar yığmalara getdilər

"Qarabağ"lılar yığmalara getdilər

"Qarabağ"ın digəri legionerləri də milli komandalara dəvət alıblar.

Mediasport.az xəbər verir ki, monteneqrolu Marko Yankoviç sentyabrın 7-də Litvaya, üç gün sonra Bolqarıstana qarşı keçirəcəkləri AÇ-2024-ün seçmə mərhələ oyunları üçün yığmaya cəlb edilib.

Leandro Andrade isə Kabo-Verde millisinə çağırılıb. O, sentyabrın 10-da Toqo yığmasına qarşı Afrika Millətlər Kubokunun seçmə mərhələ görüşü üçün dəvət alıb.

Qeyd edək ki, daha əvvəl qapıçı Luka Quqeşaşvili Gürcüstan yığmasından dəvət almışdı.