Yığmamızın sabiq üzvü "Araz-Naxçıvan"da oynayacaq - RƏSMİ
“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Mediasport.az xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Turan Vəlizadə ilə müqavilə imzalayıb.
Yarımmüdafiəçi qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın heyətində yer alacaq.
23 yaşlı futbolçu “Neftçi”, “Keşlə”, “Şamaxı” və “Turan Tovuz” komandalarının formasını geyinib.
O, karyerası ərzində 19 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin uğurları üçün də çalışıb.
Xatırladaq ki, “Araz-Naxçıvan” buna qədər Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Miço Kuzmanoviç, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli, Tərlan Əhmədli, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovu da heyətinə qatıb.