"Qarabağ"ın Çempionlar Liqası oyunu öncəsi açıq məşqi olacaq

 "Qarabağ"ın Çempionlar Liqası oyunu öncəsi açıq məşqi olacaq

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək "Qarabağ" - "Ludoqores” (Bolqarıstan) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları açıqlanıb.

Mediasport.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı avqustun 5-i saat 17:45-də “Azersun Arena”da baş tutacaq.

18:15-də media nümayəndələri üçün açıq məşq (İlk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın açıq məşqi saat 20:00-da, baş məşqçi Georgi Dermencievin mətbuat konfransı isə 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq.

Xatırladaq ki, görüş avqustun 6-da, saat 20:00-da start götürəcək.