"Qəbələ" Türkiyədə şimali makedoniyalılarla qarşılaşacaq

"Qəbələ" Türkiyədə şimali makedoniyalılarla qarşılaşacaq

2023-2024-cü illər mövsümünün hazırlığını Türkiyənin Bolu şəhərində davam etdirən “Qəbələ”nin yoxlama oyunlarındakı sonuncu rəqibi müəyyənləşib.

MediaSport.az xəbər verir ki, xəbər verir ki, "qırmızı-qaralar” Şimali Makedoniyanın “Qostivar” klubu ilə qarşılaşacaq.

Sabah baş tutacaq matç Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

“Qostivar” 2022-2023-cü illər mövsümündə Birinci Divizionda 2-ci yeri tutaraq Premyer Liqaya vəsiqə qazanıb.

Qeyd edək ki, Boluda indiyədək iki yoldaşlıq görüşü keçirmiş Elmar Baxşıyevin komandası “Sukleya” (4:2, Moldova) və “Orenburq”la (1:1, Rusiya) qüvvəsini sınayıb.