Azərbaycan Premyer Liqasından ayrıldı, Hindistanda oynayacaq

Azərbaycan Premyer Liqasından ayrıldı, Hindistanda oynayacaq

Ötən mövsümü “Araz-Naxçıvan”da keçirən Mohammed Kadirinin yeni klubu müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi karyerasını Hindistanda davam etdirəcək.

Qanalı futbolçu 1-ci Liqada yarışan “Mohammedan”la anlaşıb.

Kadiri Hindistan Yüksək Liqasına çıxmağa əsas iddialılardan olan klubla 1 illik müqavilə bağlayıb.