"Qəbələ"də 2 ciddi itki

  "Qəbələ"də 2 ciddi itki

"Qəbələ" Azərbaycan Kubokunun 1/4 finalında "Araz-Naxçıvan"la qarşılaşacaq.

Mediasport.az xəbər verir ki, "qırmızı-qaralar" həmin matça itki ilə çıxacaqlar.

Buna səbəb zədəli Ahmed Ayzayanın hələ bərpa prosesi keçirməsidir.

Mozambik millisinin heyətində qatıldığı Afrika Millətlər Kubokunda yüngül zədə alan Klesio Bauk fərdi məşqlərə start verib.

Xatırladaq ki, bu gün keçiriləcək "Araz-Naxçıvan" - "Qəbələ" dueli 16:00-da start götürəcək.