Millimizin futbolçusundan Bolqarıstan klubunda növbəti qol
Azərbaycan milli komandasının futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi Bolqarıstanın “Arda” klubunda növbəti qolunu vurub.
Mediasport.az xəbər verir ki, U-21 yığmamızın kapitanı yoldaşlıq görüşündə fərqlənib.
Müdafəçinin komandası 1-ci Liqa təmsilçisi “Yantra”nı 2:0 hesabı ilə məğlub etdikləri matçın 30-cu dəqiqəsində adını tabloya yazdırıb.
Xatırladaq ki, Cəlal ötən mövsümdən çıxış etdiyi Bolqarıstan klubunun heyətində meydana çıxdığı 32 oyunda 1 qolla yadda qalıb.