"Qəbələ"də 3 yeni müqavilə

"Qəbələ"də 3 yeni müqavilə

"Qəbələ” İdman Klubu MMA döyüşçüləri Nəriman Abbasov, Vüqar Kərəmov və Tofiq Musayev yeni müqavilə imzalayacaq.

Klubdan Mediasport.az saytına verilən məlumata görə, imzalanma mərasimi oktyabrın 19-da baş tutacaq.

Tədbir "Baku MMA Academy"də təşkil olunacaq. Mərasim saat 12:00-da başlanacaq.

Xatırladaq ki, MMA döyüşçülərimiz noyabrın 4-də “Rizin” turniri çərçivəsində Bakıda baş tutacaq “Landmark 7”də qüvvəsini sınayacaq. Milli Gimnastika Arenasında keçiriləcək turnirdə Kərəmov yaponiyalı Çihiro Suzuki, Musayev “Gündoğar ölkə”nin digər təmsilçisi Toji Takeda, Abbasov isə rusiyalı Ali Abdulxalikovla üz-üzə gələcək.