"Qəbələ"dən avrokuboklarda 6-cı cəhd: UEFA Çempionlar Liqası
“Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.
Mediasport.az xəbər verir ki, çempionlar yolunda qüvvəsini sınayacaq “qırmızı-qaralar” I mərhələdə Macarıstan təmsilçisi “Puşkaş Akademiya” ilə üz-üzə gələcək.
İlk oyun Qəbələ şəhər stadionunda baş tutacaq.
AFFA-nın təşkil etdiyi Gənclər Kubokunun qalibi olan “Qəbələ” UEFA Gənclər Liqasında iştirak üçün 20 futbolçu sifariş edib: Məmməd Muradov, Həbib Hüşənov, Nuğay Rəşidov, Fuad Əhmədov, İbrahim Ramazanov, Ravil Qafarov, Eşqin Əhmədov, Okan Təhməzli, Sənan Ağalarov, Şahin Şahniyarov, Kənan Baxışov, Xəyyam Məmmədli, Rüfət Bədəlzadə, Qədir Ramazanov, Rəvan Əsədov, Cuma Hüseynov, İlkin Budaqov, Elnur Mustafayev, Ceyhun Bağırzadə, İslam Abdüləzizov.
Bu, “Qəbələ”nin turnirdə 6-cı startıdır. Yarışda 2016/17 mövsümündə debüt edən komandamızın daha bir cəhdi koronavirus pandemiyası səbəbindən 2020/21 mövsümünün ləğvinə görə baş tutmayıb.
Xatırladaq ki, komandalar arasında cavab oyunu oktyabrın 25-də Macarıstanda keçiriləcək. Bu cütün qalibi növbəti raundda "Olimpiakos" (Yunanıstan) - "Leççe" (İtaliya) duelində mərhələ adlayan komanda ilə qarşılaşacaq.
UEFA Gənclər Liqası. Çempionlar yolu. 1-ci mərhələ. İlk oyun
16:00. “Qəbələ” (Azərbaycan) – “Puşkaş Akademiya” (Macarıstan)
Baş hakim: Sayat Karabayev
Baş hakimin köməkçiləri: Timur Tursumbayev, Yevgeniy Karlov (hamısı Qazaxıstan)
Dördüncü hakim: Tural Qurbanov (Azərbaycan)
Qəbələ şəhər stadionu