Tovuz şəhər stadionunda yeni işıq dirəyinin qoyulmasına başlanılacaq

 Tovuz şəhər stadionunda yeni işıq dirəyinin qoyulmasına başlanılacaq

Futbol üzrə Azərbaycan Premyer Liqasının 18-ci turu çərçivəsində Tovuzda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” (3:1) oyununun ikinci hissəsində güclü külək səbəbindən aşan stadionun işıq dirəyi ilə bağlı bugünlərdə yekun rəy veriləcək.

Mediasport.az saytına klubdan verilən məlumata görə, bununla əlaqədar mütəxəssislər araşdırma aparırlar.

Bildirilib ki, arenanın işıq dirəyinin dəyişdirilməsi prosesi yaxın vaxtlarda başlanacaq.

Qeyd edək ki, dekabrın 23-də baş tutan görüşün 81-ci dəqiqəsində işıq dirəyi aşdığı üçün matç yarımçıq dayandırılaraq ertəsi gün keçirilmişdi.