"Qəbələ"dən ayrılıb "Sabah"a keçdi

"Qəbələ"dən ayrılıb "Sabah"a keçdi

"Qəbələ"dən ayrılan Ramon Maçado karyerasını "Sabah"da davam etdirəcək.

MediaSport.az xəbər verir ki, söhbət Malayziya klubundan gedir.

Son mövsüm Superliqada bürünc medalları qazanmış komanda 32 yaşlı braziliyalı forvardla müqavilə bağlayıb. Anlaşmanın detalları barədə məlumat açıqlanmayıb.

2021/2022-ci illər mövsümündə "Neftçi"nin heyətində çıxış etmiş Maçado ötən mövsüm "Qəbələ"nin forması ilə 32 oyun keçirib, 8 qol vurmuşdu.