Emin Mahmudovun qolu qrup mərhələsinin ən yaxşısı seçilə bilər

Emin Mahmudovun qolu qrup mərhələsinin ən yaxşısı seçilə bilər

UEFA-nın rəsmi saytında AVRO-2024-ün seçmə qrup mərhələsində ən yaxşı qolu müəyyənləşdirmək üçün səsverməyə start verilib.

Mediasport.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, siyahıda Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov da yer alıb.

31 yaşlı yarımmüdafiəçinin Bakıda İsveç yığmasına uzaq məsafədən vurduğu qol qalib ola bilər.

Mahmudovla yanaşı, albaniyalı Kristian Aslani ilə Yasir Asani, ingiltərəli Bukayo Saka, sloveniyalı Yan Vipotnik, qazaxıstanlı Asxat Taqlbergen, fransalı Kilian Mbappe, belçikalı Leandro Trossard, lixtenşteynli Sandro Volfinger və türkiyəli Yunus Akgün də namizəddir.

Qeyd edək ki, Emin Mahmudovun qolu seçmə qrup mərhələsində IX turun ən yaxşı qolu nominasiyasında qalib olub.