"Qəbələ"dən getdi - RƏSMİ

"Qəbələ"dən getdi - RƏSMİ

“Qəbələ” futbolçusu Məqsəd İsayevlə yollarını ayırıb.

mediasport.az xəbər verir ki, 2021-ci ilin yayından əyalət təmsilçisinin uğurları üçün çalışan 29 yaşlı müdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.

Azərbaycan Kubokunu qazanan Məqsəd İsayev Qəbələ təmsilçisində iki mövsüm ərzində 73 oyun keçirib, 4 qol vurub. O, Premyer Liqada 61 (3 qol), kubokda 10 (1 qol), Konfrans Liqasında 2 matçda iştirak edib.