"Qəbələ"nin futbolçusu Serbiyaya qarşı
"Qəbələ"nin futbolçusu Omar Hani İordaniya millisinə dəvət alıb.
mediasport.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi yığmanın Avstriya toplanışı və qarşıdakı yoldaşlıq oyunlarında iştirak üçün çağırılıb.
Haninin komandası hazırlıq çərçivəsində iyunun 16-da Vyanada, 3 gün sonra Viener Neuştadtda müvafiq olaraq Serbiya və Yamayka milli komandaları ilə yoxlama matçlarında qüvvəsini sınayacaq.