SOCAR-ın analoqsuz təqdimatının səbəbi nədir? - "Belə məsləhət olub"

SOCAR-ın analoqsuz təqdimatının səbəbi nədir? - "Belə məsləhət olub"

“Neftçi” Peşəkar Futbol Klubunun (PFK) yeni prezidenti (baş icraçı direktoru) ictimaiyyətə təqdim edilib.

Fərrux Mahmudov “Neftçi” PFK-nın Müşahidə Şurasının sədri, SOCAR-ın prezidenti Rövşən Nəcəf tərəfindən təqdim olunub.

Əslində, paylaşılan standart press-relizdə "ictimaiyyət" sözünün yerində "media" yer almışdı. Amma hansı media? İctimai-siyasi! Üstəlik, sual vermək qadağan edilib. Nonsens!

Düzdür, orada 1-2 idman televiziyası iştirak edeib, lakin aydındır ki, idman kanalı məlumatı izləyicilərə anında deyil, hansısa xəbər blokunda təqdim edəcək ki, bu da birmənalı olaraq informasiya yüklülüyündən çox reklam xarakteri daşıyır. Söhbət isə ölkənin futbol sferasının dirəyindən, ən köklü klubundan gedir.

Dünyada analoqu olmayan hadisələrin qeydə alındığı məmləkətimizdə titullu peşəkar futbol klubunun yeni prezidenti ictimaiyyətə operativ-elektron idman mətbuatı olmadan təqdim edilir. Bu azmış kimi, həmin PFK-nın Mətbuat xidmətinin rəhbəri də tanıtımda iştirak etmir...

MediaSport.az saytına SOCAR-dan daxil olan qısa izahı diqqətinizə çatdırırıq: "Tədbiri SOCAR təşkil edib və belə məsləhət olub".

Vəssalam...