"Qarabağ"ın Çempionlar Liqasında potensial rəqibi müəyyənləşdi

"Qarabağ"ın Çempionlar Liqasında potensial rəqibi müəyyənləşdi

Azərbaycan çempionu "Qarabağ"ın futbol üzrə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində potensial rəqibləri müəyyənləşib.

MediaSport.az xəbər verir ki, Ağdam klubu II raundda "Rakuv"u keçsə, "Aris" (Kipr) - BATE (Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

"Köhlən atlar" ilk matçını evdə keçirəcəklər.

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk oyunları 8-9 avqustda, cavab görüşləri isə 15 avqustda baş tutacaq.