“Qəbələ”nin hazırlıq planı açıqlandı

“Qəbələ”nin hazırlıq planı açıqlandı

“Qəbələ”nin 2023/24-cü illət mövsümünə hazırlıq planı müəyyənləşib.

MediaSport.az xəbər verir ki, “qırmızı-qaralar” iyunun 24-də Qəbələdə bir araya gələcək.

İyulun 8-dək davam edəcək hazırlıq prosesinin ilk mərhələsində bir yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

“Qəbələ” toplanışın ikinci mərhələsini gerçəkləşdirmək üçün iyulun 10-da Türkiyəyə yollanacaq. Komandamız Boluda məskunlaşacaq. Qonşu ölkədə üç yoxlama görüşü təşkil olunacaq. Bu qarşılaşmalar ayın 12-də, 15-də və 19-da baş tutacaq. 

“Qəbələ”nin Türkiyə toplanışının müddəti UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin iyunun 21-də keçiriləcək püşkatmasından sonra dəqiqləşəcək. Əgər “qırmızı-qaralar” ilk oyununu səfərdə keçirməli olsa, görüşə Boludan yollanacaq. Avrokubok mövsümü ev matçı ilə başlasa, “Qəbələ” iyulun 20-də vətənə qayıdacaq və hazırlıqları ölkəmizdə yekunlaşdıracaq.a