"Başqa təkliflər də var idi, lakin AFFA-nın layihəsinə inandığım üçün Azərbaycan millisini seçdim”
"Başqa təkliflər də var idi, lakin AFFA-nın bu layihəsinə inandığım üçün Azərbaycan millisini seçdim”.
Mediasport.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Fernandu Santuş deyib.
Portuqaliyalı mütəxəssis bu gün baş tutan təqdimat mərasimində digər ölkə federasiyalarından dəvət aldığını açıqlayıb.
70 yaşlı Avropa çempionu deyib ki, Azərbaycana böyük məqsədlər üçün gəlib:
"Layihə təkcə seçmə mərhələ oyunlarından ibarət deyil. Böyük bir layihəni həyata keçirmək üçün gəlmişəm və komandamla birlikdə Azərbaycanda yaşayacağıq. Oyunları yola verib öz ölkəmizə qayıtmayacağıq. Öz ailəmi də gətirəcəm, yanımda olacaqlar. Bakını, şəhəri, ölkəni, mədəniyyətinizi və.s. daha yaxından tanıyacağıq".
Xatırladaq ki, AFFA 2016-cı ildə Portuqaliya millisini Avropa çempionu etmiş Santuşla 3+1 illik müqavilə bağlayıb.