Daha 3 istedadlı azərbaycanlı gənc İtaliya klubunun akademiyasında

Daha 3 istedadlı azərbaycanlı gənc İtaliya klubunun akademiyasında

Azərbaycan layihəsi Avropa Futbol Akademiyası (EFA) növbəti 3 gənc istedadı İtaliyaya göndərib.

Mediasport.az xəbər verir ki, bir müddət öncə "Peruca"ya yollanmış Məsud Əlişanlının ardınca, Şahismayıl Cəfərov (2007), Toğrul Haqverdiyev (2008) və Elcan Mustafayev (2008) də İtaliya klubunun akademiyasına qoşulub.

Tibbi müayinədən keçən futbolçular Assisi qəsəbəsində onlar üçün ayrılmış yataqxanada məskunlaşıblar. Azərbaycanlı uşaqlar dərsləri Assisi Oxford məktəbində, məşqləri isə klubun bazasında keçəcəklər.

Gənclərimizə ilk ayda əsasən italyan dili öyrədiləcək. Əsas tədris prosesi bundan sonra başlanacaq.