"Sabah"ı "Turan Tovuz"a qarşı hansı məşqçinin çıxaracağı dəqiqləşib
Baş məşqçi Murad Musayevlə yollarını ayıran "Sabah"ı "Turan Tovuz"la oyuna kimin çıxaracağı müəyyənləşib.
Masazır təmsilçisi Azərbaycan Premyer Liqasının 21-ci tur matçına İdman direktoru İqor Ponomaryovun rəhbərliyi altında çıxacaq.
Görüş sabah "Bank Respublika Arena"da baş tutacaq.
Klub rəhbərliyi baş məşqçi axtarışlarını davam etdirir. Məsələ yekunlaşana qədər komandanı təcrübəli mütəxəssis çalışdıracaq.
Qeyd edək ki, İqor Ponomaryov 2019-cu ildə Elşad Əhmədovun istefasından sonra da "Sabah"ın müvəqqəti baş məşqçisi təyin edilib.
64 yaşlı mütəxəssis 2000-2001-ci illərdə Azərbaycan milli komandasının, sonralar “Qarabağ” və “Xəzər Lənkəran”ın da baş məşqçisi olub.
Mediasport.az