AFFA tərəfindən UEFA-nın Pro Lisenziya kursu təşkil olunacaq
2025-ci il fevralın 24-dən etibarən AFFA tərəfindən məşqçilər üçün UEFA-nın Pro Lisenziya kursu təşkil olunacaq.
Mediasport.az xəbər verir ki, kurs modullar şəklində keçiriləcək və fasilələrlə 1 il ərzində davam edəcək.
Kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:
1. Ərizə;
2. Şəxsiyyət vəsiqəsinin surəti;
3. Sağlamlıq haqqında arayış;
4. 2 ədəd şəkil (3x4);
5. Minimum yaş həddi: 30;
6. A lisenziyası qüvvədə olmalıdır (müddətin uzadılmasından 3 ildən az müddət keçməlidir);
7. A lisenziyasını ən azı “3” qiyməti ilə almış olmalıdır;
8. A lisenziyası və diplomun surəti;
9. Premyer Liqa, I Liqa klublarında, Premyer Liqa klublarının əvəzedici komandasında və ya milli komandalarda ən azı 2 illik iş təcrübəsi.
Qeydlər:
Sənəd qəbulu 07.01 - 07.02.2025 tarixlərində Texniki Departamentdə aparılacaq.
Kurs ərzində iştirakçı öz maddi vəsaiti hesabına 3 praktika keçməlidir: 1 praktika hazırlıq dövründə, 2 praktika Qərbi Avropa klublarında (həftəlik dövr).
Kursda iştirak üçün ödənişin məbləği 4000 manatdır. Ödəniş nağd və ya köçürmə yolu ilə aparıla bilər.
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 404 27 77; daxili: 1268
E-mail: anar.shikhaliyev@affa.az
Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar.