Yığma komandalarımızın Avropa çempionatı rəqibləri məlum oldu

 Yığma komandalarımızın Avropa çempionatı rəqibləri məlum oldu

Azərbaycanın yeniyetmələrdən ibarət basketbol millilərinin Avropa çempionatının qrup mərhələsindəki rəqibləri bəlli olub.

Mediasport.az xəbər verir ki, oğlanlardan ibarət U-18 yığması B Divizionunun B qrupunda Rumıniya, Gürcüstan, Danimarka, Ukrayna və Portuqaliya ilə üz-üzə gələcək.

Qarşılaşmalar 25 iyul - 3 avqust aralığında Rumıniyanın Piteşti şəhərində təşkil olunacaq.

Qızlardan ibarət U-18 B Divizionunun B qrupunda Bosniya və Herseqovina, Litva, Kosovo, Ukrayna və İslandiya yığmaları ilə qarşılaşacaq. Matçlar iyulun 4-13-ü aralığında Litvanın Alitus və Vilnüs şəhərlərində gerçəkləşəcək.

Oğlanlardan ibarət U-16 C Divizionunun B qrupunda Lüksemburq, Andorra, San Marino və Cəbəllütariq komandaları ilə, eyni yaş qrupunda qızlar B Divizionunun B qrupunda Slovakiya, İsveç, Niderland və Lüksemburq yığmaları ilə münasibətlərə aydınlıq gətirəcək.

Oyunlar müvafiq olaraq iyulun 5-13-ü aralığında Albaniyanın paytaxtı Tiranada və avqustun 20-29-da Türkiyənin İstanbul şəhərində baş tutacaq.