Bölgə təmsilçisi heyətini 21 yaşlı nigeriyalı hücumçu ilə gücləndirdi
“Mingəçevir” yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Mediasport.az xəbər verir ki, 1-ci Liqa təmsilçisi legioner transfer edib.
Abba Usman nigeriyalıdır. 21 yaşlı hücumçu Azərbaycana İsraildən gəlib.
Digər transfer isə yarımmüdafiəçi Rövşən Şahmuradovdur.
Son klubu "Şəmkir" olmuş Rövşənlə cari mövsümün sonunadək müqavilə imzalanıb.
Xatırladaq ki, bölgə təmsilçisi daha əvvəl Nizami Səmədov, Elvin Əsgərov, İlkin Əliyev, Rüstəm Quluzadə, Tural Məmmədzadə və Fuad Əhmədovla müqavilələrə qarşılıqlı razılıq əsasında xitam verib.
Əvəzində "Sabah"dan qapıçı Emil Həbibov, "Turan Tovuz"dan Murad Dadaşev, Rəşad Əliyev və Elçin Qasımovu heyətə qatıb.
Ötən mövsüm komandada oynamış Hüseyn Əliyev də yenidən "Mingəçevir"in formasını geyinəcək.