Azərbaycan cüdoçuları Belçikada təlim-məşq toplanışına qatılıblar
Cüdo üzrə Azərbaycan millisi bu il ölkədən kənarda ikinci təlim-məşq toplanışını keçirir.
Mediasport.az xəbər verir ki, Belçikanın Herstal şəhərində Avropa Cüdo İttifaqının toplanışı təşkil olunub.
Hazırlıqda Olimpiya çempionu Zelim Kotsoyev (100 kq) və digər cüdoçularımız iştirak edirlər.
Toplanışa Sloveniya, Türkiyə, Belçika və bir çox başqa ölkələrin komandaları qatılıblar.
Məşqlər yanvarın 30-dək davam edəcək.