"Kəpəz" yayda transfer etdiyi daha bir futbolçusu ilə yollarını ayırdı
"Kəpəz" yayda transfer etdiyi daha bir futbolçusu ilə yollarını ayırıb.
Mediasport.az xəbər verir ki, Gəncə təmsilçisi bu dəfə Redon Mihana ilə vidalaşıb.
26 yaşlı albaniyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "sarı-göylər" qış fasiləsində Orxan Əliyev və Lassana Ndiaye ilə də anlaşmanı pozublar.
Mahir Həsənov isə 1-ci Liqa klubu "Difai"yə icarəyə verilib.