"Qarabağ"ın pley-off şansları xeyli yaxşılaşdı - FAKTİKİ VƏZİYYƏT

"Qarabağ"ın pley-off şansları xeyli yaxşılaşdı - FAKTİKİ VƏZİYYƏT

Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi "Qarabağ" bu mövsümdən yeni formatda keçirilən UEFA Avropa Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi komandanın ilk 3 turdakı məğlubiyyətin ardından dünən Norveç səfərində 3 xal əldə etməsi ümumi turnir cədvəlində vəziyyəti xeyli yaxşılaşdırıb.

Azərbaycan çempionu 36 komandalı turnir cədvlində 29-cu pilləyə yüksəlib. Pley-off üçün ilk "24-lüy"ə düşmək lazımdır.

"Köhlən atlılar"ın qarşıda 4 matçının qaldığını və 22-ci sıradakı "Portu"dan cəmi 1 xal geri qaldığını nəzərə alsaq, ağdamlıların pley-off şanslarının kifayət qədər olduğunu düşünə bilərik.

Əsas mərhələdə ilk "8-lik"də qərarlaşacaq kollektivlər birbaşa 1/8 finala, 9-24-cü pillələrdə yer alacaq komandalar isə 1/8 finala vəsiqə üçün pley-off oynayacaqlar.


“Qarabağ”ın növbəti 4 oyunu

28 noyabr - "Qarabağ" - "Olimpik" (Lion, Fransa)

13 dekabr - "Elfsborq" (İsveç) - "Qarabağ"

23 yanvar (2025) - "Qarabağ" - FKSB (Rumıniya)

31 yanvar (2025) - "Olimpiakos" (Yunanıstan) - "Qarabağ"

Mediasport.az